"Qarabağ" Avropanın ən yaxşıları sırasında
Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların siyahısı yenilənib.
Sportline.az turnirin mətbuat ximdətinə istinadən xəbər verir ki, "10-luq"da Azərbaycan təmsilçisi "Qarabağ" da yer alıb.
Son 5 matçda qələbə qazanan Ağdam klubu ilk "4-lük"də göstərilib.
Siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub. Qurban Qurbanovun çalışdırdığı komanda keçirdiyi son 5 qarşılaşmanın hamısında qalib gəlib.
"Qarabağ" oktyabrın 13-də Bakıda Yunanıstan "Olimpiakos"unu qəbul edəcək.