"Qarabağ" - "Ayaks" oyununa bilet tükənir

"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda "Ayaks"la oyununa bilet satışı davam edir. 

Sportline.az-a Ağdam təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, indiyədək 27650 bilet sahibini tapıb. 

Tofiq Bəhramov adına Respublika stadionunun azarkeş tutumunun 31 min 90 nəfər olduğunu nəzərə alsaq, biletlərin tükənmək üzrə olduğunu söyləmək olar. 

Qeyd edək ki, dekabrın 10-da  keçiriləcək "Qarabağ" - "Ayaks" matçı saat 21:45-də başlanacaq.