"Qarabağ" braziliyalı futbolçuya təklif göndərib

Birləşmiş Ərəb Əmirliklərinin "Xor Fakkan" klubunda çıxış edən braziliyalı futbolçu Bruno Lamas Azərbaycan təmsilçisinin maraq dairəsinə düşüb. 

Sportline.az "Report"a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "Vavel" nəşrinə açıqlamasında "Qarabağ"dan təklif aldığını bildirib. 

Lamas Ağdam təmsilçisi ilə yanaşı ölkəsinin "Fluminense", "Vasko da Qama" və digər ölkələrin klublarının da onunla maraqlandıqlarını söyləyib. Daha əvvəl Portuqaliyanın "Leyşoyeş" və "Santa Klara" komandalarında oynayan futbolçu gələcəkdə Avropaya qayıda biləcəyini də istisna etməyib. 

Qeyd edək ki, Bruno Lamasın klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.