Çempionlar Liqası: "Qarabağ"dan böyük hesablı qələbə
Azərbaycan çempionu "Qarabağ" bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.
Sportline.az xəbər verir ki, Qurban Qurbanovun komandası I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubunu qəbul edəib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun saat 20:00-da başlanıb. Ağdam təmsilçisi 4 cavabsız qolla qalib gəlib. "Qarabağ" II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) duelinin güclüsü ilə qarşılaşacaq.
18 avqust
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi
20:00. "Qarabağ" (Azərbaycan) - "Sileks" (Şimali Makedoniya) 4:0
Qollar: Xayme Romeyro, 11 (1:0), Donald Gerye, 40 (2:0), 51 (3:0), Mahir Emreli, 80 (4:0)
Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)
Hakim-inspektor: Atilla Abraham (Macarıstan)
UEFA nümayəndəsi: Vitali Danilçenko (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.