"Qarabağ" ən yaxşılar siyahısında

Bu mövsüm Avropada yerli liqalarda keçirdikləri oyunlarda uduzmayan komandaların siyahısında dəyişiklik olub.

Sportline.az xəbər verir ki, 14 klubun olduğu siyahıda "Qarabağ" da yer alıb.

"Köhlən atlar" son olaraq Premyer Liqanın XVI turunda "Neftçi"ni dörd cavabsız qolla üstələyib.

Top-5 liqalarda yalnız İtaliyanın "Napoli" və Fransanın PSJ klubları məğlubiyyət üzü görməyib. Hər iki kollektiv 13 qələbə və 2 heç-heçə əldə ediblər.

Məğlubiyyətlə üzləşən Ukraynanın "Dnipro-1", "Şaxtyor" və Maltanın "Hamrun" klubları əvvəlki siyahıdan kənarda qalıb.

"Napoli" (İtaliya) - 13 qələbə, 2 heç-heçə

PSJ (Fransa) - 13 qələbə, 2 heç-heçə

"Benfika" (Portuqaliya) - 12 qələbə, 1 heç-heçə

"Srvena Zvezda" (Serbiya) - 17 qələbə, 2 heç-heçə

"Panatinaikos" (Yunanıstan) - 12 qələbə, 1 heç-heçə

"Qarabağ" 14 qələbə, 2 heç-heçə

"Pafos" (Kipr) - 9 qələbə, 4 heç-heçə

TNS (Uels) - 13 qələbə, 2 heç-heçə

"Svift Hesperange" (Lüksemburq) - 12 qələbə, 2 heç-heçə

"Klaksvik" (Farer adaları) - 25 qələbə, 2 heç-heçə

"Atletik Eskaldes" (Andorra) - 8 qələbə, 4 heç-heçə

"Europa", "Linkoln" (Cəbəllütariq) - hər ikisi 7 qələbə, 1 heç-heçə

"Tre Penne" (San-Marino) 7 qələbə, 3 heç-heçə

"report"

Banner