"Qarabağ"ın futbolçusu zədə səbəbindən millinin heyətindən çıxarılıb

"Qarabağ" klubunun futbolçusu Bəhlul Mustafazadə Azərbaycan millisinin heyətindən çıxarılıb.

Sportline.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Buna müdafiəçinin zədələnməsi səbəb olub.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün Millətlər Liqasının I turunda Bakıda İsveçə 1-3 hesabı ilə  uduzub.

Milli sentyabrın 8-də səfərdə Slovakiya ilə üz-üzə gələcək.