“Qarabağ” heyətini 4 oyunçu ilə gücləndirib
Yeni mövsümə hazırlaşan "Qarabağ" həndbol klubu heyətini 4 oyunçu ilə gücləndirib.
Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi "Azəryol"un keçmiş üzvləri – Fəda Yusifov, Emin Sərxanov, Sadiq Arıxov və Röyal Əliyevi heyətə cəlb edib.
Qeyd edək ki, "Qarabağ" ötən il ölkə çempionatında 4-cü yeri tutub.