"Qarabağ" italiyalı hücumçu ilə maraqlanır
Ölkə çempionu "Qarabağ" İtaliyanın "Kyevo" klubunun hücumçusu Manuel Puççarelli ilə maraqlanır.
Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu Ağdam klubu ilə danışıq aparır.
"Empoli"nin yetirməsi olan futbolçu yalnız İtaliya çempionatında çıxış edib.
Qeyd edək ki, Puççarelli ötən mövsüm İtaliya B Seriyasında meydana çıxdığı 11 oyunda 2 qol vurub.