"Qarabağ" "Keşlə"yə qarşı

Qəbələdə təlim-məşq toplanışında olan "Qarabağ" və "Keşlə" növbəti dəfə üz-üzə gələcəklər.

Sportline.az xəbər verir ki, komandalar bu gün qüvvələrini yenidən sınayacaqlar. Görüş saat 19:00-da başlayacaq.


Xatırladaq ki, bu, avrokubok iştirakçılarımızın Qəbələdə 4-cü sınaq matçı olacaq. Bu komandalar yay fasiləsində ilk yoxlama oyunlarını öz aralarında keçirmiş və Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi qeydə alınmışdı. Avroliqa təmsilçimiz "Keşlə" bundan sonra "Zirə"ni 1:0, "Səbail"i 2:0 hesabıyla məğlub edib. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" isə növbəti görüşlərində "Sabah"a 1:2 hsabıyla uduzub, "Neftçi"yə 1:0 hesabıyla qalib gəlib. 

 
5 avqust 

Yoxlama matçı

19:00. "Qarabağ" - "Keşlə"