"Qarabağ" Kiprə yola düşdü
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç “Molde”si ilə qarşılaşacaq “Qarabağ”, Kiprin Larnaka şəhərinə yola düşüb.
Sportline.az xəbər verir ki, Azərbaycan çempionu bu gün 19:30-da matçın keçiriləcəyi "AEK Arena"da məşqə çıxacaq.
Komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı nəzərdə tutulmayıb.
Qeyd edək ki, “Qarabağ” – “Molde” oyunu sentyabrın 16-da Bakı vaxtı ilə 21:00-da başlanacaq.