"Qarabağ" klubunda ayrılıq
“Qarabağ” futbolçusu Kris Kuaku ilə bağlı Norveçin yüksək liqa təmsilçisi “Sarpsborq 08” klubu ilə razılığa gəlib.
Sportline.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi artıq yeni klubunun tibbi müayinəsindən keçib və rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, Kris Kuaku 2025-ci ilin yayında “Qarabağ”a transfer olunmuşdu.