"Qarabağ" "Kür"ə, "Azəryol" "Bakı"ya qalib gəlib
Həndbol üzrə Azərbaycan çempionatının final mərhələsində növbəti oyunlar olub.
Sportline.az xəbər verir ki, maraqlı görüşlərdən birində qadınlardan ibarət "Qarabağ" və "Kür" komandaları üz-üzə gəlib. "AHF Arena"da keçirilən qarşılaşma ev sahiblərinin 35:30 hesablı qələbəsi ilə nəticələnib.
Qadın həndbolçuların I-IV yerlər uğrunda digər matçında "Azəryol" "İdman Akademiyası"na böyük hesabla qalib gəlib - 45:24.
Kişi həndbolçuların I-IV yerlər uğrunda yarışında da iki oyun olub. Daha gərgin mübarizə ilə yadda qalan görüşdə "Azəryol" "Bakı"nı 33:29 hesabı ilə məğlub edib.
"Qarabağ" isə yarış cədvəlinin lideri "Kür"ə 26:37 hesabı ilə uduzub.