"Legiya"nı məğlub edən "Qarabağ" ardıcıl 7-ci dəfə qrup mərhələsində

"Qarabağ" Avropa Liqasında pley-off mərhələsinin oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Ağdam klubu səfərdə Polşa "Legiya"sı ilə qarşılaşıb. Varşavanın "Voyska Polskoqo" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 22:00-da başlayıb. 

"Qarabağ" bu oyunda qalib gələrək Avroliqanın qrup mərhələsinə yüksəlib.

Xatırladaq ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Molde"yə uduzduğu üçün (əsas və əlavə vaxt - 0:0, penaltilər seriyası - 5:6) Avroliqanın pley-off mərhələsində çıxışını davam etdirirdi.

1 oktyabr

22.00. "Legiya" (Polşa) - "Qarabağ" (Azərbaycan) - 0:3 
Qollar: Patrik Andrade, 50, Abdullah Zubir, 62, Filip Ozobiç, 69
Baş hakim: Tobias Ştiler (Almaniya)