Qurban Qurbanov vurulan qolu ləğv etdirdi

"Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində "Marsel"i qəbul edir.

Sportline.az xəbər verir ki, matçın 33-cü dəqiqəsində İbrahima Vadji əllə qol vurub və hakim bunu qeydə alınıb. Qolda qayda pozuntusu olduğunu bildirən rəqib komandanın futbolçuları və məşqçilər heyəti hakimə ciddi etiraz edib.

"Marsel"in oyunçuları etirazlarını "atlılar"ın futbolçularının üzərinə yürüməklə davam etdirib. Bu zaman isə meydanda ara qızışıb. Hakim "Marsel"in futbolçusu Stiv Mandandaya və "Qarabağ"ın kapitanı Maksim Medvedevə sarı vərəqə verib.

Vurulan qolda qayda pozuntusu olduğunu başa düşən Qurban Qurbanov kapitanı və Vadjini yanına çağıraraq, bu barədə onların hakimə məlumat verməsini bildirib. Bundan sonra hakim qeydə aldığı qolu ləğv edib.

Oyunda "Marsel" hesabda öndədir - 1:0.