"Qarabağ" - "Neftçi" görüşünü FİFA referisi idarə edəcək

Azərbaycan Premyer Liqasında III turun sabah keçiriləcək iki oyununa təyinatlar açıqlanıb.

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, "Zirə" - "Sabah" matçı İnqilab Məmmədova, "Qarabağ" - "Neftçi" görüşü isə FIFA referisi Əliyar Ağayevə həvalə olunub.

Azərbaycan Premyer Liqası, 3-cü tur

20 sentyabr (bazar)

18:00. “Zirə” – “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zirə İdman Kompleksinin stadionu
 
20:15. “Qarabağ” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev

“Azersun Arena”

Qeyd edək ki, turun "Qəbələ" - "Keşlə" və "Sumqayıt" - "Səbail" görüşləri bu gün keçiriləcək.