"Qarabağ" - "Neftçi" görüşünün hakimləri açıqlandı

Azərbaycan Premyer Liqasında XV turun ilk oyun günündə keçiriləcək oyunların bütün təyinatları açıqlanıb.

Sportline.az xəbər verir ki, "Qarabağ" və "Neftçi" komandaları arasında keçiriləcək turun mərkəzi görüşü yeni beynəlxalq dərəcəli hakim Elçin Məsiyevə həvalə olunub. Təcrübəli FIFA referisi Əliyar Ağayev isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

13 fevral (şənbə)

18:30. “Qarabağ” – “Neftçi”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əliyar Ağayev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Kərim Ağayev

Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu.