Neftçi" "Qarabağ"a qalib gəldi, "Zirə" "Sabah"a uduzdu

Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulub.

Sportline.az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan iki görüşdən biri başa çatıb. "Zirə" öz meydanında "Sabah"ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 2:0. "Sabah" bu qələbə ilə xallarını altıya çatdıraraq liderliyə yüksəlib.

Turun mərkəzi oyunu isə Suraxanıda keçirilib. "Azərsun Arena"da son illərin çempionu "Qarabağ" əzəli rəqibi "Neftçi"yə 1:2 hesabı ilə məğlub olu.

20 sentyabr

20:15. “Qarabağ” – “Neftçi” - 1:2
Qol:
 Ovusu Kvabena, 10 (1:0), Voislav Stankoviç, 12 (1:1), Namiq Ələsgərov, 68 (1:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
“Azərsun Arena”

18:00. “Zirə” – “Sabah”  - 0:2
Hakimlər:
 İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı
Qol: Xulio Sezar Rodriges, 51, Kevin Kubemba, 90+2
Zirə İdman Kompleksinin stadionu


19 sentyabr

"Sumqayıt" - "Səbail" 2:1 

 
"Qəbələ" - "Keşlə" 0:0

 

N Klublar O Q H M T-F X
1 Sabah 3 2 0 1 5-2 6
2 Sumqayıt 3 2 0 1 4-2 6
3 Neftçi 3 2 0 1 4-4 6
4 Keşlə 3 1 2 0 1-0 5
5 Qarabağ 3 1 1 1 3-2 4
6 Zirə 3 1 1 1 3-4 4
7 Qəbələ 3 0 2 1 1-4 2
8 Səbail 3 0 0 3 3-6 0