"Qarabağ" - "Olimpiakos" oyununda anşlaq olacaq

UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun “Qarabağ” – “Olimpiakos” görüşü üçün satışa çıxarılan bütün biletlər satılıb.

Sportline.az “iTicket.az”-a istinadən xəbər verir ki, satışa çıxarılan gün biletlərin 22 mini, bu gün isə hamısı satılıb.

Oktyabrın 13-də keçiriləcək “Qarabağ” – “Olimpiakos” oyununa saat 20:45-də start veriləcək.