"Qarabağ" "Qəbələ"ni böyük hesabla məğlub etdi, "Səbail" - "Keşlə" matçında iki qol
Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib.
Sportline.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
Turun açılış matçında "Keşlə" "Səbail"in qonağı olub. Oyunda 1:1 hesablı bərabərlik qeydə alınıb.
Günün digər matçında son illərin çempionu "Qarabağ" "Qəbələ"ni qəbul edib. Görüş Ağdam təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb- 3:0.
2 mart (çərşənbə axşamı)
18:15. “Qarabağ” – “Qəbələ” - 3:0
Qol: Filip Ozobiç, 22 (1:0), 34. pen (2:0), Mahir Emreli, 38 (3:0)
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Eyyub İbrahimov, Rövşən Rəcəbov
“Azersun Arena”.
16:00. “Səbail” –“Keşlə” - 1:1
Qol: Tural Axundov, 53 (0:1), Peyman Keşavarazi, 75 (1:1)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rəhim Həsənov
“ASCO Arena”
3 mart
16:00."Sumqayıt" - "Zirə"
"Kapital Bank Arena"
18:15."Neftçi" - "Sabah"
"Bakcell Arena"