"Qarabağ" reytinqdə 6 pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) fevral ayı üçün yenilənmiş dünya klub reytinqini dərc edib.

Sportline.az xəbər verir ki, 502 klubun siyahısında Azərbaycan Premyer Liqası təmsioçilərindən “Qarabağ”, “Sabah”, “Zirə” və “Araz-Naxçıvan”ın adı var.

Yenilənmiş reytinqə əsasən, “Qarabağ” 200 xalla 69-cu yerdən 60-cı yerə yüksəlib. Azərbaycan çempionundan bir pillə yuxarıda “Atletik” (201), bir pillə aşağıda isə "Olimpiakos" (198) qərarlaşıb.

“Sabah” 224-cü yerdən 211-ci pilləyə yüksəlib və bu mövqeyi İtaliyanın "Kalyari" (96) klubu da daxil olmaqla bir neçə klubla bölüşür. Bir pillə yuxarıda isə Boliviyanın “Bolivar”(96.75), aşağıda isə Malinin “Stade Malyen” (95.5) klubu yer alır. 

“Zirə”nin mövqeyi isə daha da pisləşərək 389-cu yerdən 418-ci yerə enib. Bu mövqeni İtaliyanın “Sassuolo” və Almaniyanın “Sankt –Pauli” (hər ikisi 63) kimi klublarla bölüşür. Bir sıra klublar, o cümlədən Avstraliyanın “Melburn” (hər ikisi 63,5) onlardan yuxarıdadır və Özbəkistanın “Paxtakor” (62,75) komandası dayanır.

“Araz-Naxçıvan” da reytinqdə geriləyərək 456-cı yerdən 468-ci yerə qədər geriləyib. Onlar bu yeri Avstraliyanın “Oklend” və Kosovonun “Balkan” (hər ikisi 59) klubları ilə bölüşür.

Hazırda cədvələ PSJ (595) rəhbərlik edir. İngiltərənin “Çelsi” (496) və Almaniyanın “Bavariya” (457) klubları isə növbəti pillələri bölüşür.