"Qarabağ" Rumıniya klubuna qarşı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, Qurban Qurbanovun komandası Rumıniyanın "Qaz Metan" klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi yanvarın 21-i "Şlyonsk Vroçlav" (Polşa), yanvarın 25-i isə “Visla Krakov” (Polşa) klubları ilə qüvvəsini sınayacaq. Yanvarın 21-i və 25-i isə daha iki oyun nəzərdə tutulub. Komanda səhər saatlarında Serbiyanın "Batska Topola" və Slovakiyanın "Tatran" klubları ilə üz-üzə gələcək.