"Qarabağ" qələbə ilə başladı

Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümdə ilk turun daha bir oyunu keçirilib.

Sportline.az xəbər verir ki, ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" "Sabah"ı qəbul edib. Matç saat 20:00-da başlayıb. Görüş "Qarabağ"ın 2 cavabsız qolu ilə başa çatıb.

Qeyd edək ki, ilk tura sabah keçiriləcək "Qəbələ" - "Zirə" oyunu ilə yekun vurulacaq.

Xatırladaq ki, dünən keçirilən iki görüşlə çempionatda 165 günlük fasilə bitib. Ölkəmizdə koronavirus pandemiyasına görə mart ayından çempionat oyunları keçirilmirdi.

Əlavə edək ki,  koronavirus pandemiyasına görə Premyer Liqanın oyunları azarkeşsiz keçirilir.

22 avqust (şənbə)

20:00. “Qarabağ” – “Sabah” 2:0
Qollar:
Mahir Emreli, 45 (1:0), 68 (2:0)
“Azersun Arena”

23 avqust (bazar)

19:00. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu

21 avqust
 
20:30. “Neftçi” – “Səbail” - 2:1

18:30. “Sumqayıt” – “Keşlə” - 0:1