"Qarabağ" "Sabah"la qarşılaşacaq

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" yeni mövsümə hazırlıq məqsədi ilə daha bir yoxlama oyunu keçirəcək.

Sportline.az xəbər verir ki, klubdan Qol.az-a verilən məlumata görə, Ağdam təmsilçisi "Sabah"la qarşılaşacaq. Avqustun 11-i keçirilməsi planlaşdırılan görüşün yeri isə hələ müəyyənləşməyib.

Qeyd edək ki, "Qarabağ" Qəbələdə təlim-məşq toplanışı çərçivəsində "Sabah"a 1:2 hesabı ilə uduzmuşdu.