“Qarabağ” şəhidləri andı
Topaz Premyer Liqasının bu gün keçirilən "Qarabağ" - "İnter" görüşündən əvvəl Ağdam təmsilçisi nümunəvi addımla yadda qalıb. SportLine.az xəbər verir ki, "köhlən atlar" şəhidlərimizin xatirəsini “Hər damla qanımızdır Azərbaycan” plakatla anıb.
Bundan əlavə, plakatda son günlər cəbhədəki gərginlikdə şəhid olan hərbçilərimizin adları yazılıb.
Qeyd edək ki, şəhid olan hərbçilərimiz Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu, Cəfərov Zakir Nazim oğlu və Əhmədov Elvin Süleyman oğludur.