"Qarabağ" - "Sivasspor" görüşünün hakimləri bilindi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində Türkiyə “Sivasspor”u ilə görüşünün hakimləri müəyyənləşib.

Sportline.az xəbər verir ki, UEFA oyuna Danimarkadan olan hakimlər briqadasını göndərmək qərarına gəlib.

İstanbulda keçiriləcək oyunda ədaləti Yakob Kehlet qoruyacaq. Ona həmyerliləri Heyne Sorensen və Lars Hummelqard kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yens Mae yerinə yetirəcək.

Oyunun hakim inspektoru belaruslu Oleq Çikun, UEFA nümayəndəsi lüksemburqlu Çarls Şok olacaq.

Qeyd edək ki, noyabrın 26-da “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Sivasspor” görüşü Bakı vaxtı  ilə 21:55-də başlanacaq.