"Qarabağ" "Sumqayıt"a qalib gəldi, "Zirə"dən heç-heçə

Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulub.

Sportline.az xəbər verir ki, son oyun günü iki görüş keçirilib. "Zirə" öz meydanında "Keşlə" ilə qarşılaşıb. Oyunda qapılara qol vurulmayıb. 

Digər oyunda isə "Sumqayıt" "Qarabağ"ın qonağı olub. Meydan sahibləri 4:1 hesablı qələbə qazanaraq xallarını 46-a çatdırıb və vahid lider olub. Ağdam təmsilçisi ən yaxın izləyicisi "Neftçi"ni 3 xal qabaqlayır. 


11 aprel (bazar)

19:15. “Qarabağ” –“ Sumqayıt” - 4:1
Qol:
 Abdullah Zubir, 45+1 (1:0), Camaləddin Xocaniyazov, 46-avtoqol (2:0), Əli Qurbani, 59 (2:1), Abdullah Zubir, 71 (3:1), Filip Ozobiç, 78 (4:1)
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov
“Azersun Arena”

17:00. “Zirə” – “Keşlə” - 0:0
Hakimlər:
 Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu


10 aprel (şənbə)

“Sabah” –“Səbail” - 0:0 

“Qəbələ” – “Neftçi” - 2:2