"Qarabağ" və "Neftçi" azarkeşlərindən müraciət
“Neftçi” və “Qarabağ”ın ən böyük azarkeş qrupları Azərbaycan Premyer Liqasının son - 28-ci turunda bu komandaların qarşılaşacağı matça azarkeş buraxılması üçün AFFA və PFL-ə müraciət ediblər.
Sportline.az xəbər verir ki, bu haqda “İmarət Tayfa” və “Forze Neftçi” özlərinin Facebook hesablarında paylaşım edib.
“Peşəkar Futbol Liqasından xahiş edirik ki, mövsümün son həlledici matçında stadiona məhdud sayda azarkeş buraxılması təmin olunsun!
PFL rəhbərliyinin mövsümün ən maraqlı matçının azarkeşsiz baş tutmaması üçün əlaqədar qurumlara müraciət etməsi labüddür!” - deyə “İmarət Tayfa”nın facebook səhifəsində qeyd olunub.
“Forze Neftçi”nin isə Facebook səhifəsində bu sözlər yer alıb: “Başda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA və digər aidiyyatı qurumlardan rica edirik ki, Azərbaycan Premyer Liqasının son turunda gerçəkləşəcək “Neftçi” – “Qarabağ” matçına azarkeşlər buraxılsın”.