“Qarabağ” Veşoviçlə müqaviləni uzatdı

“Qarabağ” futbolçusu Marko Veşoviçin müqaviləsini uzadıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Monteneqrolu müdafiəçi ilə imzalanmış yeni müqavilənin müddəti 2025-ci il iyunun 30-dək nəzərdə tutulub.

Xatırladaq ki, Veşoviçin “Qarabağ”la müqaviləsi 2023-cü ilin yayında başa çatırdı.

Banner