"Qarabağ"a qol vuran oyunçu "Mançester Yunayted"in hədəfində
Yanvar aynda heyətini gücləndirməyi planlaşdıran "Mançester Yunayted" "Çelsi"nin futbolçusu Villiana elçi düşüb. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 29 yaşlı hücumçu üçün artıq "zadəganlar"a rəsmi təklif ünvanlayıblar.
Məlumatda futbolçunun da iş yerini dəyişməkdə maraqlı olduğu bildirilib.
Qeyd edək ki, Villian 2013-cü ildən London klubunun şərəfini qoruyur.