"Qarabağ"da ayrılıq rəsmiləşdi
Kadi Borges “Qarabağ”dan ayrılıb.
Sportline.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.
Bildirilib ki, Kadi Borgesin transferi ilə bağlı Rusiyanın “Krasnodar” klubu ilə aparılan danışıqlar yekunlaşıb.
Danışıqların yekununa əsasən, futbolçu tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la rəsmi müqavilə imzalayacaq.
Hələlik keçidin detalları ilə bağlı hansısa açıqlama verilmir.
Qeyd edək ki, Kadi 2021-ci ilin yayından “Qarabağ”ın formasını geyinirdi.