"Qarabağ"da ciddi itki

“Qarabağ” “Molde” ilə bu gün keçiriləcək Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin oyunu öncəsi ciddi itki ilə üzləşib.

Sportline.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Xayme Romero bugünkü oyunu buraxmalı olacaq. On gün öncə zədə alan təcrübəli futbolçu bir neçə gün əvvəl məşqləri bərpa etsə də, yenidən ağrılar hiss edib. O, son məşqdə iştirak etməyib. 

Digər zədəli, hücumçu Mahir Emrelinin bugünkü qarşılaşmada iştirak edib-etməyəcəyi barədə isə hələlik məlumat yoxdur.

Xatırladaq ki, “Qarabağ” – “Molde” matçı bu gün Bakı vaxtı ilə saat 21.00-da başlanacaq.