"Qarabağ"da son vəziyyət

“Hazırda “Qarabağ”da 4 zədəli oyunçu var. Bunlar Abdullah Zubir, Xayme Romero, Mahir Emreli və Rahil Məmmədovdur”.

Sportline.az xəbər verir ki, bu sözləri Qol.az-a açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahinov bildirib. O qeyd edib ki, R.Məmmədovun qarşıdakı matçları buraxacağı dəqiqləşib. Əzələ ağrıları olan Zubir və Xayme Romero hələlik fərdi məşqlər edirlər və ümumi hazırlıqda iştirak etmirlər. Onların sabah Premyer Liqanın 4-cü turunda “Sumqayıt”la səfər matçında iştirak edib-etməyəcəyi bilinmir.

Mahir Emreliyə gəlincə, gənc hücumçu Norveç “Molde”si ilə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin görüşündə zədəli halda olsa belə, meydana çıxıb: “O, həmin oyunlarda iştirak üçün reabilitasiya keçmişdi. Amma zədəli oynamışdı, hazırda onun zədəsi ağırlaşıb".

Bəs, Zubir, Romero və Mahirin oktyabrın 1-də Polşada “Legiya” ilə Avropa Liqasının pley-off matçında iştirakı realdırmı? N.İbrahimovun bu suala cavabı belə olub: “Hazırda bizim fikrimiz sabah “Sumqayıt”a qarşı keçiriləcək oyuna yönəlib. “Legiya” ilə matça qədər isə hələ vaxt var və indidən bu haqda nəsə söyləmək zamanı qabaqlamaq olardı”.