"Qarabağ"dan ayrılan qapıçı "Turan"ın düşərgəsinə qoşulub
"Qarabağ" klubundan ayrılan Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstan "Turan"ının düşərgəsinə qoşulub.
Sportline.az xəbər verir ki, bu barədə "Report"a Türkünstan şəhəri təmsilçisinin məşqçisi Vaqif Cavadov məlumat verib.
Qazaxıstan Premyer Liqasında yeni mövsümə martın 5-də start veriləcək. "Turan" həmin gün "Taraz"ı qəbul edəcək.