"Qarabağ"dan Vid Belets açıqlaması

“Qarabağ” “Sampdoriya”nın qapıçısı Vid Beletsi transfer edəcəkləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportline.az xəbər verir ki, Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bununla əlaqədar yerli və xarici mediada çıxan məlumatları təkzib edib. O, sözügedən xəbərlərin həqiqətə uyğun olmadığını deyib: “Bu qapıçının transferi “Qarabağ”ın gündəmində deyil”.

Qeyd edək ki, 30 yaşlı sloveniyalı Vid Belets ötən mövsümü icarə qaydasında APOEL-də keçirib və “Qarabağ”la oyunlarda iştirak edib.