"Qarabağ"ın daha bir legioneri komandadan ayrıla bilər
Kvabena Ovusu "Qarabağ"la yolları ayıra bilər.
Sportline.az Rusiyanın "Sport-ekspress" qəzetinə istinadən xəbər verir ki, Macarıstanın "Ferensvaroş" klubu Ağdam klubunun qanalı hücumçususu ilə razılığa gəlib. Rusiyalı mütəxəssis Stanislav Çerçesovun rəhbərlik etdiyi Budapeşt təmsilçisi Ovusu ilə yanaşı "Slovan"ın (Slovakiya) surinamlı hücumçusu Menti Abeno ilə də anlaşıb.
Məlumata görə, 2023-cü ilin yayında hər iki oyunçunun klubları ilə müqaviləsi başa çatır. Bundan sonra onların azad agent kimi macar klubuna keçəcəyi gözlənilir.
Qeyd edək ki, Ovusu bu mövsüm Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Ferentsvaroş"la qarşılaşıb (1:1, 1:3). Ovusu Bakıda heç-heçə bitən görüşdə "Qarabağ"ın yeganə qolunun müəllifi olub.