"Qarabağ"ın düşərgəsində qonaqlar
Qazaxıstanlı gənc məşqçilər - İqor Soloşenko, Rinat Alyuetov və əslən azərbaycanlı Əli Əliyev "Qarabağ"ın düşərgəsindədir.
Sportline.az xəbər verir ki, onlar Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun yanında təcrübə keçmək üçün Azərbaycana gəliblər.
Qonaqlar sabah "Qarabağ" - "Marsel" matçını da tribunadan izləyəcəklər.
