"Qarabağ"ın futbolçusu Afrika Millətlər kubokunda qələbəyə sevindi

Futbol üzrə Afrika Millətlər Kubokunda mübarizə başlanıb.

Sportline.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olub.

Açılış matçında Kamerun və Burkina Faso yığmaları üz-üzə gəlib. Üç qolun qeydə alındığı matçda kamerunlular qələbə qazanıblar.

Günün digər matçında Efiopiya ilə Kapo Verde üz-üzə gəlib. Görüş Kapo Verdenin qələbəsiylə başa çatıb. Yeri gəlmişkən, “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade 76-cı dəqiqədə meydana çıxıb.

Afrika Millətlər Kuboku

A qrupu

9 yanvar

Kamerun – Burkina Faso 2:1

Qol: Abubakar, 40-pen; 45+3 – Sanqare, 24. 

Efiopiya – Kapo Verde 0:1

Qol: Tavares, 45+1.