"Qarabağ"ın futbolçusu Fransa - Mərakeş matçında

"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir DÇ-2022-nin yarımfinalında hazırda oynanılan Fransa - Mərakeş matçını tribunadan izləyir.

Sportline.az xəbər verir ki, Mərakeş əsilli fransalı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, "Əl Bayt" stadionunda keçirilən görüşdə Mərakeşin formasında bu komandanı dəstəkləyir. 

Qeyd edək ki, hazırda Fransa 2:0 hesabı ilə öndədir.

Banner