"Qarabağ"ın futbolçusu "Legiya" ilə oyunu da buraxacaq

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın zədəli futbolçusu Xayme Romero haqda danışıb.

Sportline.az xəbər verir ki, o, İstanbuldan yeni gələn ispan oyunçunun Avropa Liqasının pley-off mərhələsində "Legiya" ilə görüşə kimi hazır olmayacağını deyib.

30 yaşlı yarımmüdafiəçi zədə səbəbindən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Molde" ilə oyunu da buraxmışdı.

Qeyd edək ki, oktyabrın 1-i keçiriləcək "Legiya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.