"Qarabağ"ın futbolçusu növbəti oyununa çıxdı

"Qarabağ"ın futbolçusu Patrik Andradenin şərəfini qoruduğu Kabe Verde millisi Afrika Millətlər Kubokunda qrup mərhələsinin 3-cü tur oyununa çıxıb.

Sportline.az xəbər verir ki,  Kamerunla 1:1 hesabı ilə başa çatan görüşdə Andrade 90 dəqiqə oynayıb.

Bu nəticələrdən sonra Kamerun qrup lideri kimi növbəti mərhələyə adlayıb.

Burkina Faso ikinci yerlə pley-offa çıxıb. Kabo Verde millisi isə dörd ən yaxşı qrup üçüncüsündən biri kimi mərhələ adlamaq imkanını qoruyur.