"Qarabağ"ın futbolçusu Xabi Alonsodan danışdı

"Qarabağ"ın qapıçısı Andrey Lunyov "Bayer"in baş məşqçisi Xabi Alonso ilə bağlı fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, rusiyalı futbolçu rəhbərliyi altında çıxış etdiyi ispaniyalı mütəxəssisn keyfiyyətlərindən söz açıb.

"Alonso yüksək səviyyəli futbolçu olub. Onun tələblərini anlamaq çətin deyildi. Burada qeyri-adi ideyalar yox idi. Sadəcə tələb və realizasiya əsas rol oynayırdı. Məşqçilər heyəti ilə seleksiyaçıların birgə işi uğurlara yol açır. Alonsonun özünə gəldikdə isə, təəccüblü bir şey yoxdur. Adətən, yaxşı futbolçular yaxşı da məşqçi olurlar. Məsələn, Zidan "Real"la 3 dəfə Çempionlar Liqasının qazanıb. Bu, keyfiyyətin göstəricisidir. Dahi futbolçu dahi məşqçi kimi də tarixə düşüb. Alonso da həmçinin belələrindəndir", - deyə Lunyov championat.com-a açıqlamasında bildirib.

Qeyd edək ki, "Qarabağ"ın  Avropa Liqasının 1/8 final mərhələsində "Bayer"lə ilk oyunu martın 7-də Bakıda, cavab matçı isə martın 14-də Leverkuzendə olacaq.