"Qarabağ"ın futbolçusu zədələnib

“Qarabağ”ın futbolçusu Xayme Romero ötən gün “Sabah”la yoxlama oyununda (2:0) zədələnib. 29 yaşlı yarımmüdafiəçi bu səbəbdən oyunu ilk hissənin sonlarında tərk etməli olub.

Sportline.az xəbər verir ki, ispaniyalı futbolçunun zədəsi ciddi deyil. Onun Çempionlar Liqasının l təsnifat mərhələsində “Sileks”lə matçda iştirakı üçün problem yoxdur.

Qeyd edək ki, 18 avqust Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ”-“Sileks” görüşü  20:00-da başlanacaq.