"Qarabağ"ın futbolçusundan maraqlı paylaşım
"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə instaqram hesabında maraqlı paylaşım edib.
Sportline.az xəbər verir ki, müdafiəçi Ağdam klubunun komanda fotosunu paylaşaraq bunları yazıb:
“Bu, son deyil. Biz daha güclü qayıdacağıq”.
"Qarabağ" Konfrans Liqasının pley-off mərhələsinin “Gent”ə qarşı ilk görüşündə qalib gəlsə də, cavab matçında oyunsonrası penaltilər seriyasında məğlub olaraq avrokuboklarda iştirakını dayandırmışdı.
