"Qarabağ"ın futbolçusundan vida mesajı

“Qarabağ”ın futbolçusu Xayme Romero İspaniyadan ayrılıb.

Sportline.az xəbər verir ki, zədədən sonra bərpa prosesini Vətənində keçən 31 yaşlı yarımmüdafiəçi Marselə yollanıb. 

O, “köhlən atlar”ın Konfrans Liqasının pley-off mərhələsində bu gün “Olimpik Marsel”ə qarşı keçirəcəyi oyunu tribunadan izləyəcək. Romero Fransadan komanda ilə birlikdə Bakıya qayıdacaq. 

Romero “İnstagram” səhifəsində İspaniyadakı bərpa prosesi ilə bağlı paylaşım edib:

“Korreoso, Sergio Sama, Eme Madriqala təşəkkür edirəm. Hər zaman pis durumlardan yaxşı işlər ortaya çıxır. Ömürlük dostlarım. Mənə göstərdiyiniz münasibətə görə sizə təşəkkür edirəm”.