"Qarabağ"ın İspaniya planı

Avropa Liqasının qrup mərhələsinin VI turunda "Vilyarreal"lın qonağı olacaq "Qarabağ"ın səfər proqramı məlumdur.

Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi oyundan bir gün əvvəl - dekabrın 9-da saat 10:00-da İspaniyaya yolllanacaq.

Ölkə çempionu bu gün və sabah növəbəti dəfə koronavirus testindən keçəcək. Fərdi məşq edən Patrik Andrade, Bədavi Hüseynov və Musa Qurbanlının "Vilyarreal"la oyunu buraxacağı gözlənilir.

Həmin gün komandanın "Estadio de la Keramika" stadionunda açıq məşqi və mətbuat konfransı olacaq.

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" görüşü vaxtı ilə saat 00:00-da başlanacaq.