"Qarabağ"ın legioneri 73 dəqiqə oynadı

Afrika Millətlər Kubokunda qrup mərhələsinin 2-ci turuna start verilib. 

Sportline.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Patrik Andradenin çıxış etdiyi  Kabo Verde millisi Burkina Faso ilə qarşılaşıb və minimal hesabla uduzub -0:1.  Patrik Andrade  bu görüşdə start heyətdə meydana daxil olub və 73-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Kabo Verde A qrupunda 3 xalla 3-cü pillədə qərarlaşıb.