"Qarabağ"ın legioneri Kipr klubuna keçib

"Qarabağ"ın futbolçusu Qaspar Panadero Kiprin AEK (Larnaka) komandasına keçib.

Sportline.az "Report"a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək icarəyə verilib.

Qeyd edək ki, "Qarabağ"a ötən yay transfer olunmuş 24 yaşlı yarımmüdafiəçi bu mövsüm cəmi 4 oyunda meydana çıxıb. O, sonuncu dəfə 2021-ci il oktyabrın 3-də "Qəbələ"yə qarşı forma geyinib.