"Qarabağ"ın oyununa xüsusi nümayəndə təyin olundu

UEFA Avropa Liqasının pley-off mərhələsinin “Legiya”  -“Qarabağ” oyununa xüsusi olaraq təhlükəsizlik üzrə nümayəndə təyin edib.

Sportline.az xəbər verir ki, bu addım AFFA-nın müraciəti əsasında gerçəkləşib. 

Qeyd edək ki, müraciət son günlər Ermənistan – Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin yol verdiyi təxribatçı hərəkətlər nəzərə alınaraq, oktyabrın 1-də, Polşanın paytaxtı Varşava şəhərindəki “Wojska Polskiego” stadionunda keçiriləcək qarşılaşma ilə əlaqədar ünvanlayıb. Avropa Liqasının qrup mərhələsində 2019-cu il oktyabrın 3-də Lüksemburq şəhərindəki “Josy Barthel” stadionunda keçirilmiş “Düdelanj” – “Qarabağ” oyununun gedişində erməni təxribatçılarının üzərində parça asılmış idarə olunan uçuş aparatının meydanın mərkəzinə doğru yönəldilməsi faktı xatırladılıb. Bildirilib ki, “Legiya” – “Qarabağ” oyununda ermənilərin siyasi xarakterli təxribatçı addımlara yol verməmələri üçün UEFA-nın qarşılaşmaya xüsusi diqqət və həssaslıqla yanaşması vacibdir.