"Qarabağ"ın oyununun vaxtı dəyişdirilib

Azərbaycan Kubokunda ¼ final mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşdi.

Sportline.az xəbər verir ki, üç günü əhatə edəcək mərhələnin bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq:

11 fevral (cümə)

“Keşlə” – “Qarabağ”
“ASK Arena”, 18:00

12 fevral (şənbə)

“Sabah” – “Neftçi”
“Bank Respublika Arena”, 16:00

13 fevral (bazar)

“Səbail” – “Zirə”
“ASCO Arena”, 18:00

“Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu, 15:00

Qeyd: Ölkəmizi Avropa Konfrans Liqasının pley-off mərhələsində təmsil edəcək “Qarabağ” Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyunu çərçivəsində “Keşlə”yə qarşı səfər oyununun vaxtının 1 gün dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına müraciət edib. Yarışların Əsasnaməsini və “Keşlə” klubunun razılıq məktubunu rəhbər tutan PFL “Keşlə”- “Qarabağ” oyununu 12 fevral tarixindən 11 fevral tarixinə keçirib.