"Qarabağ"ın potensial rəqibi müəyyənləşdi
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Sportline.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə "Qarabağ"ın da bu mərhələdəki potensial rəqibi bəlli olub.
Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində Norveçin "Molde" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, “Ferentsvaroş” (Macarıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi üz-üzə gələcək.
Çempionlar Liqası, Pley-off mərhələsi
Çempionlar Yolu
Səpələnmişlər
“Zalsburq” (Avstriya)
“Olimpiakos” (Yunanıstan)
“Ferentsvaroş” (Macarıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi
“Slaviya” (Praqa, Çexiya)
Səpələnməmişlər
“Midtüllann” (Danimarka) - “Yanq Boyz” (İsveçrə) cütünün qalibi
“Qarabağ" (Azərbaycan) - “Molde” (Norveç) cütünün qalibi
“Omoniya” (Kipr) - “Srvena Zvezda” (Serbiya) cütünün qalibi
“Makkabi” (Təl-Əviv, İsrail) - “Dinamo” (Brest, Belarus) cütünün qalibi
Liqa Yolu
Səpələnmişlər
PAOK (Yunanıstan) - “Benfika” (Portuqaliya) cütünün qalibi
“Dinamo” (Kiyev, Ukrayna) - AZ (Alkmaar, Niderland) cütünün qalibi
Səpələnməmişlər
“Gent” (Belçika) - “Rapid” (Vyana, Avstriya) cütünün qalibi
“Krasnodar” (Rusiya)
Qeyd edək ki, "Qarabağ" - "Molde" oyunu sentyabrın 15-i və ya 16-da Bakıda keçiriləcək. Pley-off mərhələsinin ilk matçları 22 - 23 sentyabr, cavab qarşılaşmaları idə 29 - 30 sentyabr tarixlərində oynanılacaq.